Gələn il bu rayonlarda `ASAN Xidmət` mərkəzləri tikiləcək - SİYAHI
13:25 14 Dekabr 2017
Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.
Femida.az-ın məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".
Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".
Femida.az
Oxunub: 3586
Oxşar xəbərlər
- Gələn ilin bayram günləri
- Gələn ilin qeyri-iş günləri açıqlandı
- Gələn ay pensiyalar neçə faiz artacaq?
- Gələn il dənli bitkilər istehsalında rekordlar gözlənilir
- Gələn ildən elektron imza pulsuz olacaq
- Gələn il məcburi köçkünlərə ev veriləcək
- Gələn həftə Azərbaycana payız gəlir
- Gələn ayın hava proqnozu
- Gələn həftənin məzənnəsi məlum oldu
- Gələn ay 183 əmlak hərraca çıxarılacaq